Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Rusiya Enerji Həftəsində iştirak etmək üçün Moskvaya gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ölkələrin nümayəndələrinin görüşü Moskvada Rusiya Enerji Həftəsində və Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyada keçiriləcək.
Rusiya baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində neft bazarındakı vəziyyəti müzakirə edəcəklər. Bu mövzu ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada da qaldırılacaq.
Jurnalistlərlə söhbətində Aleksandr Novak Rusiyanın son bir neçə ildə Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, hər iki ölkə uzun müddətdir neft bazarlarında birgə işləyir və OPEC+ çərçivəsində fəaliyyətləri əlaqələndirir. Onun sözlərinə görə, neft bazarının tarazlaşdırılması böyük ölçüdə Ər-Riyadın yanaşmasından asılıdır.
"Forumda bazarda mövcud olan bütün tendensiyalar müzakirə olunacaq. Təbii ki, bunlar proqnozlardır. Bu, əsas komponentlərdən biridir".