Buryatiyada zəlzələ baş verib

09:11 - 11 Oktyabr 2023 - DÜNYA

Buryatiyanın şimalında 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, yeraltı təkanlar Novı Uoyan kəndində hiss olunub.

“Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Tədqiqat Mərkəzinin Baykal filialının seysmik stansiyasının məlumatına görə, Rusiya Federasiyasında 3,9 bal gücündə seysmik hadisə qeydə alınıb. Şimal Baykal bölgəsi, zəlzələnin episentri Novı Uoyan kəndindən 16 km şimal-qərbdə yerləşib”, - deyə departamentdən bildirilib.

Xəbər xətti