İsrail HƏMAS-ın hərbi dəniz obyektlərinə zərbələr endirib

08:20 - 11 Oktyabr 2023 - DÜNYA

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hərbi dəniz obyektlərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son saatlar ərzində Xan Yunis və Qəzzadakı limanlar da daxil olmaqla, HƏMAS-ın hərbi-dəniz qurğularına hücum edilib”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, vurulan hədəflər HƏMAS tərəfindən İsrail sahillərində terror hücumları həyata keçirmək üçün istifadə edilib.

Xəbər xətti