İsrail ordusu Qəzzaya 70-dən çox zərbə endirib

08:02 - 11 Oktyabr 2023 - DÜNYA

İsrail gecə saatlarında Qəzza zolağında “terror mərkəzinə” zərbə endirdiyini elan edib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, onlarla döyüş təyyarəsi Dərəc Tuffah bölgəsinə 70-dən çox zərbə endirib. İslami Cihadın istifadə etdiyi obyektlər də hücuma məruz qalıb.

Hərbçilərin sözlərinə görə, ərazi HƏMAS tərəfindən çoxlu sayda hücumların həyata keçirildiyi “terror mərkəzi” kimi istifadə olunur.

Xəbər xətti