Avstraliya Xarici İşlər Nazirliyi HƏMAS yaraqlılarının Qəzza zolağından işğalından sonra İsraildə baş verən döyüşlər zamanı ən azı bir Avstraliya vətəndaşının öldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri Penni Vonq məlumat verib.
"Avstraliya hökuməti HƏMAS-ın İsrailə hücumu zamanı öldürülən Avstraliya vətəndaşı Qalita Karbonun ölümünün təsdiqini alıb. Xarici İşlər Nazirliyi onun İsrail və Avstraliyadakı ailə üzvlərinə konsulluq yardımı göstərir", - Vonq jurnalistlərə bildirib.