ABŞ prezidenti Co Bayden çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla yəhudi dövlətinə dəstək tədbirlərini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü jurnalistlərə bildirib.
Söhbət zamanı ABŞ-ın İsrailə dəstəyi müzakirə olunub. Digər təfərrüatlar hələlik verilməyib. Amerika liderinin tezliklə çıxış edəcəyi gözlənilir.
Daha əvvəl ABŞ administrasiyası Baydenin Netanyahu ilə İsrailə dəstək və ABŞ-ın "İsraili və günahsız insanları terrordan qorumaq" və digər düşmən tərəflərin bundan istifadə etməkdən çəkindirmək üçün tərəfdaşları və müttəfiqləri ilə birgə səylərini müzakirə edəcəyini bildirmişdi.