Almaniya qışdan əvvəl Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün işləri davam etdirəcək, yeni yardım paketi 1 milyard avro qiymətləndirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsində məlumat yayılıb.
“Əhəmiyyətli infrastrukturu qorumaq və əlavə dəstək üçün Almaniya əlavə hava hücumundan müdafiə sistemləri - təxminən 1 milyard avro dəyərində Patriot və IRIS-T SLM & SLS, həmçinin üç Gepard özüyeriyən silahı göndərəcək”, - bəyanatda deyilir.
Çatdırılmanın dəqiq nə vaxt baş tutacağı bildirilmir.