İsrail ordusu gün ərzində Qəzza zolağında 250 hədəfə zərbələr endirib

17:16 - 10 Oktyabr 2023 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları gün ərzində Qəzza zolağında 250-dən çox hədəfə, o cümlədən Əl-Furqan bölgəsinə 100-dən çox zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Silahlı Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Qəzza zolağında Əl-Furqanda 100-dən çox hədəfə zərbələr endirib. Gün ərzində İDF ərazidəki 250-dən çox hədəfə zərbələr endirib", - məlumatda deyilir.

İsrail hərbçilərinin sözlərinə görə, Əl-Furqana bölgəsi “Həmas terror təşkilatı üçün mərkəz rolunu oynayır və İsrailə qarşı əməliyyatlar oradan başlayıb”. "İsrail Müdafiə Qüvvələri İsrailə qarşı hücumlar həyata keçirmək üçün istifadə edilən HƏMAS infrastrukturuna qarşı əməliyyatları davam etdirir", - ordu əlavə edib.

Xəbər xətti