Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch (HRW) İsrail və HƏMAS-ı müharibə cinayətlərində ittiham edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat onun saytında verilir.
“Fələstin silahlı qrupunun mülki şəxslərə qəsdən hücumu, ayrı-seçkilik olmadan bombardman etməsi və mülki vətəndaşları girov götürməsi müharibə cinayətlərinə bərabərdir” - sənəddə deyilir.
Eyni zamanda, HRW vurğulayır ki, “İsrail hakimiyyətinin Qəzza zolağında elektrik enerjisini kəsməsi və Qəzza zolağının mülki əhalisinə qarşı digər cəza tədbirləri müharibə cinayəti olan qeyri-qanuni kollektiv cəzaya bərabərdir”. "Müharibə qanunları, onların müharibəyə girməsinin qanuniliyindən və ya tərəflər arasında güc balansının pozulmasından asılı olmayaraq, münaqişənin bütün tərəflərinə şamil edilir", - hüquq müdafiəçiləri bildirib.