Blinken İsrailin xarici işlər naziri ilə telefon danışığı aparıb

08:40 - 10 Oktyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken İsrailin xarici işlər naziri Eli Koenlə telefon danışığı aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.

Xarici işlər orqanlarının rəhbərləri ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər. Blinken İsrail xalqına başsağlığı verib. Bundan əlavə, dövlət katibi Birləşmiş Ştatların bütün girovları dərhal azad etmək üçün səy göstərdiyini qeyd edib.

Xəbər xətti