Myanmada qaçqın düşərgəsinə hücum - 30-a yaxın adam həlak olub

08:02 - 10 Oktyabr 2023 - DÜNYA

Myanmanın şimalındakı Kaçin əyalətində məcburi köçkünlər üçün düşərgəyə hərbi hücum nəticəsində 29 nəfər ölüb, 56 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP-yə etnik üsyançı qrupun sözçüsü Na Bu bildirib.

"Biz uşaq və qocaların cəsədləri də daxil olmaqla 29 meyit tapdıq, 56 nəfər yaralanıb", - Na Bu agentliyi bildirir.

Xəbər xətti