Ukraynanın qərbində 4,5 bal gücündə zəlzələ baş verib

23:50 - 9 Oktyabr 2023 - DÜNYA

Ukraynanın qərbində yerləşən Transkarpat vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Transkarpatregional administrasiyasının rəhbəri Viktor Mikita Telegram kanalında yazıb. Bildirilir ki, yeraltı təkanlar Lvov və Ternopol rayonlarında da hiss olunub.

Onun sözlərinə görə, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları infrastruktura və yaşayış binalarına mümkün zərərin olub-olmamasını yoxlayır.

Xəbər xətti