Livanın cənubundakı Əl-Mirvahan bölgəsində İsrailin hava hücumu nəticəsində şiə Hizbullah partiyasının silahlı qanadının üzvü öldürülüb.
Ucnoqta.az xəbər verir ki, Al Nashra xəbər portalının verdiyi məlumata görə, onun ölüm faktını şiə partiyasındakı mənbələr təsdiqləyib.
Portalın məlumatına görə, fələstinlilər Şimali Qaliley ərazisinə daxil olmaq istəsələr də, İsrail sərhədçiləri tərəfindən aşkarlanıb. Qarşıdurma zamanı onlardan ikisi güllələnib, biri yaralanıb, digəri isə Livan ərazisinə qaçıb.
Saraya əl-Qüds deyir ki, onun döyüşçüləri hücum zamanı yeddi İsrail əsgərini yaralayıb.