İspaniyanın Kadiz şəhərində avtobusun iştirakı ilə baş verən qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti məlumat yayıb.
"Kadizdə avtobusun bir neçə nəfəri vurması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb", - idarədən bildirilib. EFE agentliyinin məlumatına görə, əyləci sıradan çıxan avtomobil ticarət mərkəzinin divarına çırpılıb.
EL PAÍS qəzetinin məlumatına görə, avtobusda olan sərnişinlər xəsarət almayıb. Avtomobilin sürücüsünün qanında spirtli içki aşkar edilməyib.