Yaralanan İsrail vətəndaşlarının sayı 2,6 mini keçib

19:04 - 9 Oktyabr 2023 - DÜNYA

.Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2616 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Dövlət Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyi 2616 yaralının olduğunu, onlardan ən azı 357-nin vəziyyətinin ağır olduğunu bildirir.

 “Son bir neçə saat ərzində ən azı 578 nəfər xəstəxanalara müraciət edib, onların vəziyyəti ağırdır. Onlardan 157 nəfərin vəziyyəti kritik qiymətləndirilir. Onu da qeyd edək ki, son bir saat ərzində tibb müəssisələrinə daxil olan zərərçəkənlər hazırda müayinədən keçirilir, onların xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərar hələ qəbul edilməyib”.

Xəbər xətti