Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən İsraildə əsir götürülən qadın və uşaqların Qətərin vasitəçiliyi ilə İsrail həbsxanalarında saxlanılan fələstinli qadın və uşaqların dəyişdirilməsi ilə bağlı danışıqlar müsbət şəkildə davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Qətər vasitəçiləri HƏMAS nümayəndələri ilə təcili telefon danışıqları apararaq, İsrail həbsxanalarında saxlanılan anklavdan 36 fələstinli qadın və uşağın müqabilində HƏMAS yaraqlıları tərəfindən Qəzza zolağına aparılmış israilli qadın və uşaqların azad edilməsi üçün danışıqlar aparmağa cəhd ediblər.
Reuters agentliyinin mənbəsi Qətərin şənbə günündən bəri Birləşmiş Ştatlar ilə koordinasiyada apardığı danışıqların "müsbət irəliləyiş" olduğunu, lakin hər iki tərəfin inadkarlığı davam etdiyi üçün heç bir irəliləyiş əlaməti olmadığını söyləyib.