Bill və Melinda Qeyts Fondu Afrikada müxtəlif xəstəliklərə qarşı mRNT vaksinlərinin tətbiqi üçün 40 milyon dollar ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, mRNT peyvəndlərinin istehsalı üçün platformanın yaradıcısı olan Belçikanın Quantoom Biosciences şirkətinə bu texnologiyanın Afrika ölkələrində təbliği üçün 20 milyon dollar ayrılacaq. Seneqaldakı Pasteur İnstitutu və Cənubi Afrikadakı Biovac İnstitutu inkişafın satın alınması üçün hər biri 5 milyon dollar alacaq. Daha 10 milyon dollar isə texnologiyadan istifadə etmək istəyən digər peyvənd istehsalçılarına gedəcək.
mRNA istehsal platforması 2016-cı ildə Bill və Melinda Qeyts Fondu tərəfindən maliyyələşdirilib. Bu, mRNT partiyalarının geniş miqyasda daha ucuz və səmərəli şəkildə istehsalına imkan verir. Hazırda Cənubi Afrikanın Afrigen Biologics şirkəti artıq bu texnologiyadan Rift Vadisi qızdırması və qonoreyaya qarşı peyvəndlər hazırlamaq üçün istifadə edir. 2022-ci ilin əvvəlində onlar Afrikada COVID-19 üçün ilk mRNA peyvəndi yaratdılar.