Gürcüstan 2024-cü ildə hüquq-mühafizə orqanlarının büdcəsini artırmağı planlaşdırır

14:38 - 9 Oktyabr 2023 - DÜNYA

Gürcüstan parlamenti 2024-cü ilin büdcə layihəsinə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin maliyyələşdirilməsi 239 milyon lari (təxminən 90 milyon dollar) artırılacaq.

Ucnoqta.az xəbər verir ki, vüdcə layihəsi qanunverici orqanın saytında dərc olunub.

2024-cü ildə Gürcüstan Müdafiə Nazirliyinin büdcəsi 1,370 milyard lari (513 milyon dollar) təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə 110 milyon lari (42 milyon dollar) çoxdur. Gələn il hakimiyyət Daxili İşlər Nazirliyinə 1,210 milyard lari (453 milyon dollar) məbləğində vəsait ayırmaq qərarına gəlib ki, bu da 2023-cü ilin göstəricilərindən 104 milyon lari (39 milyon dollar) çoxdur. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin gələn il büdcəsi 205 milyon lari (77 milyon dollar) təşkil edəcək. Bu, 2023-cü ilin məlumatından 25 milyon lari (9,3 milyon dollar) çoxdur.

Xəbər xətti