Konqres İsraili dəstəkləmək üçün qətnamə hazırlayır

14:18 - 9 Oktyabr 2023 - DÜNYA

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi İsraili dəstəkləyəcək və Fələstin HƏMAS hərəkatının hərəkətlərini tənqid edəcək ikitərəfli qətnamə hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qətnamə layihəsini komitə sədri Maykl Makkol və komitə üzvü Qreq Miks hazırlayır. Nümayəndələr Palatası İsrailə dəstəyini ifadə edəcək və HƏMAS-ın və digər terrorçuların hərəkətlərini pisləyəcək. Mətn vəhşi hücumları dərhal dayandırmaq, bütün girovları azad etmək və ölənlərin cəsədlərini qaytarmaq zərurətindən bəhs edir.

Bundan əlavə, sənədin müəllifləri ABŞ və İsrail arasında 2016-cı il anlaşma memorandumuna uyğun olaraq yardım göstərmək də daxil olmaqla, ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etmək öhdəliyini bir daha təsdiq etməyi tələb edirlər.

Qətnamədə “terrorçuların maraqları naminə ABŞ yardımından birbaşa və ya dolayı istifadənin qarşısının alınması” çağırışları yer alıb. Eyni zamanda, sənədin müəllifləri İsrailə “təchizatların artırılması, həmçinin təhlükəsizlik, diplomatiya və kəşfiyyat sahəsində” dəstək göstərməyi təklif edirlər.

Xəbər xətti