HƏMAS lideri Yəhya Sinvar İsrailin hava hücumu nəticəsində öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of Israel” (TI) qəzeti yazıb. Bildirilir ki, yaraqlı liderin zərərsizləşdirilməsini İsrail Müdafiə Qüvvələrinin (IDF) baş nümayəndəsi briqada generalı Daniel Hagari elan edib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu sərhəddəki yaşayış məntəqələrinin təmizlənməsi və ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib. Müraciət zamanı Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu da bildirib. O, HƏMAS-ın hücumun “bədəlini” ödəyəcəyinə əmin etdi.