Əfqanıstanda baş verən zəlzələ nəticəsində on minlərlə insan yaralanıb, çox sayda insan dağıntılar altında qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Əfqanıstanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
“2,5 min ölü var, amma daha çox olacaq, çünki böyük dağıntılar var, çoxlu insan dağıntılar altındadır. 1,5 min ev dağıdılıb, on minlərlə insan yaralanıb”, - diplomatik missiya qeyd edib.