İsrail ordusu günün sonuna qədər Qəzza zolağı yaxınlığındakı əraziləri nəzarətə götürməyə ümid edir
Ucnoqta.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb. İsrail ordusunun sözçüsü Riçard Hecht bildirib ki, günün sonuna qədər İsrail hərbçiləri Qəzza zolağı yaxınlığında döyüşlərin getdiyi ərazilərə tam nəzarəti ələ keçirmək niyyətindədirlər.
Heçtin sözlərinə görə, hazırda Qəzza ətrafında döyüşlər gedir.
“Biz hələ də mübarizə aparırıq. Qəzza bölgəsində terrorçularla döyüşlərin davam etdiyi yeddi-səkkiz açıq yer var... Düşünürdük ki, dünənə qədər tam nəzarətimizə çatacağıq. Ümid edirəm ki, biz bunu günün sonuna kimi edəcəyik”, - o, bildirib.
Nəşrin qeyd etdiyi kimi, HƏMAS-ın İsrailin cənubuna hücum edərək, terrorçuların İsrail ərazisinə daxil olmasına imkan verəndən sonra İsrailin Qəzza zolağı ilə təhlükəsizlik səddin ciddi şəkildə zədələnib.