Sakit okeanda Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 8 min nəfər əhalisi olan Yujno-Kurilsk kəndindən 80 km şimal-şərqdə yerləşib. Mənbə 174 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.