Hindistanın şimal-şərqindəki Sikkim əyalətində daşqınlar nəticəsində azı 82 nəfər ölüb, 140-dan çox insan itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazır.
Məlumata görə, ümumilikdə 25 mindən çox insan zərər çəkib, təxminən 7 min nəfər təhlükəsiz yerlərə aparılıb və müvəqqəti yardım düşərgələrinə yerləşdirilib. 1,2 mindən çox evə ziyan dəyib. Ondan çox körpü dağıdılıb, yollar yuyulub, bəzi ərazilərdə telefon əlaqəsi yoxdur.
Daşqına leysan yağışlar və 5 min m-dən çox hündürlükdə yerləşən Cənubi Lhonak buzlaq gölünün daşması səbəb olub. Mütəxəssislərin fikrincə, onun həcminin üçdə ikisi Teesta çayına tökülərək aşağı düşüb.