Qırğızıstanda KTMT-nin təlimləri başlayıb

09:47 - 9 Oktyabr 2023 - DÜNYA

Qırğızıstanın İssık-Kul vilayətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin sülhməramlı qüvvələrinin “Sarsılmaz Qardaşlıq - 2023” birgə təlimləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatına görə, təlimlərin əsas məqsədləri KTMT-nin sülhməramlı bölmələrinin idarəetmə orqanlarının və şəxsi heyətinin praktiki bacarıqlarının təkmilləşdirilməsidir. Bundan əlavə, tədbirlər hərbi hissə və hissələrin ahəngdarlığının artırılmasına yönəlib.

Xəbər xətti