ABŞ-nın Pensilvaniya ştatının İndiana qraflığının Uayt Taunşip şəhərində baş verən atışma nəticəsində azı bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN ştat polisinə istinadən məlumat yayıb.
Məlumata görə, insident şəhərin ictimai mərkəzlərindən birində ziyafətdə baş verib. Səbəbləri hələ müəyyən edilməyib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.