Şanxaydan Təl-Əvivə uçuşlar ləğv edilib

07:49 - 9 Oktyabr 2023 - DÜNYA

Hainan Hava Yolları İsraildəki çətin vəziyyətə görə bazar ertəsi Şanxaydan Təl-Əvivə planlaşdırılan reysləri ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti aviadaşıyıcıya istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Hainan Airlines Çindən İsrailə üç birbaşa hava marşrutu həyata keçirir. Qeyd edildiyi kimi, şirkət “təhlükəsizlik vəziyyətindəki dəyişikliklərdən asılı olaraq” bu istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırır.

Xəbər xətti