"Son bir saat ərzində HƏMAS terror təşkilatı Qəzza zolağından İsrail ərazisinə iri raket hücumu həyata keçirib. Bir sıra yerlərdə terrorçular İsrail ərazisinə daxil olublar".
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrailin müdafiə naziri Qəzzadan atılan atəşlər fonunda ehtiyatda olan hərbçilərin orduya çağırıldığını açıqlayıb
İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant şənbə günü səhər saatlarında Qəzza zolağından başlayan raket hücumları fonunda ehtiyatda olan hərbçilərin orduya cəlb edilməsi barədə göstəriş verib.
"Müdafiə naziri Yoav Qalant indi İsrail Müdafiə Qüvvələrinin tələblərinə uyğun olaraq ehtiyatda olan şəxsi heyətin çağırışını təsdiqləyib", - məlumatda deyilir.