Meksikada güclü zəlzələ olub

09:59 - 7 Oktyabr 2023 - DÜNYA

 Meksikada 5,9 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Minatitlan şəhərindən 109 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 108 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti