Çeçenistan rəhbərinin oğlu Adam Kadırov bölgənin ən yüksək adına - Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.
"Əziz qardaşım Adam Ramzanoviç Kadırov "Çeçenistan Respublikasının Qəhrəmanı" medalı ilə təltif edilib! Hamı onu ulu babasının yoluna sadiq, ailəsini layiqincə təmsil edən cəsur bir gənc kimi tanıyır!" - Dudayev yazıb.
Dövlət Dumasının deputatı Adam Delimxanov qeyd edib ki, Adam Kadırov idmanda “xüsusi uğur” əldə edib, “müxtəlif qarışıq döyüş növləri üzrə turnirlərdə bir sıra parlaq və qeyd-şərtsiz qələbələr qazanıb”. “Bundan əlavə, mənim əziz qardaşım oğlu Qudermesdəki RUS bazasında hüquq-mühafizə bölmələri arasında taktiki atıcılıq üzrə 10-cu açıq çempionatda daxili yarışda birinci yeri tutub”, - Delimxanov Telegram kanalında yazıb.
Deputat həmçinin qeyd edib ki, Adam Kadırov “yüksək hafiz adını qazanaraq” Quranı tam əzbərləyib.