“Vaqner” qrupunun qurucusu Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı qənaəti yalnız təhqiqat başa çatdıqdan sonra gözləmək olar.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, baş verənlərin təfərrüatlarını hələlik öyrənmək mümkün deyil”, - Kremlin sözçüsü jurnalistlərə bildirib. O vurğulayıb ki, “hələ heç bir yekun nəticə və ya müstəntiqlərin yekun hesabatı yoxdur”.
Peskov istintaqın nəticələrini gözləməyi təklif edib.