İspaniya Milli Polisi bank hesabı fırıldaqlarına qarşı əməliyyat çərçivəsində 207 nəfəri saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Məlumata görə, şübhəlilər onlayn bankçılıq dələduzluğu yolu ilə 830 min avrodan çox məbləğdə dələduzluq edib. Fırıldaqçılar potensial qurbanların maliyyə qurumlarının telefon nömrələrini saxtalaşdıraraq, onlarla əlaqə saxlayıb hesablarına daxil olmaq üçün lazımi məlumatları əldə ediblər.
İstintaq 2022-ci ilin sentyabrında, bütün İspaniyada onlayn bankçılıq fırıldaqlarının artdığı zaman başlayıb.