Çində helikopter qəzaya uğrayıb

06:24 - 6 Oktyabr 2023 - DÜNYA

Çinin cənubundakı Quanqsi-Çjuanq Muxtar Bölgəsində helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, fövqəladə hadisə oktyabrın 4-də Bayse şəhərinə aid olan ərazidə baş verib. Ölən təyyarənin pilotudur, yaralanan 3 nəfər isə "China Southern Power Grid Company" dövlət korporasiyasının bir hissəsi olan törəmə şirkətin əməkdaşlarıdır. Onlar ultra yüksək gərginlikli elektrik xəttini yoxlayırdılar.

Bütün zərərçəkənlər yerli xəstəxanalardan birindədir.

Xəbər xətti