Ukrayna prezidenti Volodimir Zelenski İspaniya kralı VI Filip ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
Zelenski monarxa, ailəsinə və İspaniya xalqına “Ukraynaya davamlı dəstəyinə görə” təşəkkür edib.
Daha əvvəl İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin sammitində Vladimir Zelenski və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa söhbət olub, bu onların ilk görüşü olub.