PKK və onun Suriya qanadı Xalq Müdafiə Qüvvələrinin yaraqlılarının Türkiyə Silahlı Qüvvələrinin bazasını atəşə tutması nəticəsində Suriyada ən azı 8 türk təhlükəsizlik qüvvəsi yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, atəş Tell-Rifat şəhəri yaxınlığındakı kənddə yerləşən Türkiyə bazasında çoxlüləli qumbaraatandan açılıb. Türkiyə polisinin xüsusi əməliyyat bölməsinin 5 əməkdaşı və 3 hərbçi yaralanıb. Onlar dərhal Suriyadan Türkiyənin Qaziantep və Kilis xəstəxanalarına aparılıb.
Atəşdən sonra Türkiyə ordusu hücumçuların yerləşdiyi əraziyə artilleriya zərbələri endirib.