Tramp 2021-ci ildən sonra ilk dəfə Kapitoliyə səfər edəcək

00:07 - 6 Oktyabr 2023 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni spiker seçilməzdən əvvəl Vaşinqtona gələrək ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılarla danışıqlar aparmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə NBC televiziyası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, səfər gələn həftənin əvvəlində baş tuta bilər. Qeyd olunur ki, bu, Trampın 2021-ci il yanvarın 6-da prezident seçkilərinin nəticələrindən narazı qalan tərəfdarlarının orada iğtişaşlar törətməsindən sonra Kapitoli zirvəsində ilk çıxışı olacaq.

Respublikaçı qanunvericilərdən biri izah edib ki, Trampın səfərinin məqsədi “partiyanı birləşdirməkdir”.

Xəbər xətti