Homsdakı hərbi məktəbə PUA zərbəsi nəticəsində ölənlərin sayı artıb

17:25 - 5 Oktyabr 2023 - DÜNYA

Suriyanın Homs şəhərində hərbi məktəbə pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Hücum kursantların buraxılış mərasiminin sonunda həyata keçirilib.

Suriyanın “Əl Ekhbariya” telekanalı dəqiqləşdirib ki, ölən və ölənlərin əksəriyyəti məktəbə dəvət olunmuş suriyalı hərbçilərin qohumlarıdır. Təntənəli tədbir 1973-cü il Ərəb-İsrail müharibəsinin 50-ci ildönümünə həsr olunub.

Xəbər xətti