Bağdad və Ankara İraq Kürdüstanından neft nəqlini bərpa etmək barədə razılığa gəliblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İraqın Türkiyədəki səfiri Məcid əl-Ləcməvi məlumat verib.
İraqın diplomatik nümayəndəsi başqa təfərrüatları açıqlamayıb.
Sentyabrın 10-da Ərəb Respublikasının Neft Nazirliyinin rəhbəri Hayyan Abdel Qani bəyan edib ki, Bağdad və Ankara İraq Kürdüstanından neft ixracının bərpası ilə bağlı hələlik razılığa gəlməyiblər.