Rusiyanın ərzaq mağazasına endirdiyi zərbə nəticəsində 48 nəfər həlak olub

16:55 - 5 Oktyabr 2023 - DÜNYA

Rusiyanın Xarkov vilayətinin Kupyanski rayonunun Qroza kəndindəki ərzaq mağazasına endirdiyi zərbə nəticəsində 48 nəfər həlak olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ölənlər arasında 6 yaşlı uşaq da var.

Daha 6 nəfər yaralanıb. Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.

Xəbər xətti