Ukrayna Daxili İşlər Nazirliyi itkin düşən hərbçilərin sayını açıqlayıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin 15 minə yaxın hərbi qulluqçusu itkin düşənlər siyahısındadır.
Agentliyin məlumatına görə, Ukraynada ümumilikdə 26 min insan “xüsusi şəraitdə” itkin düşmüş hesab olunur. Timçenkonun sözlərinə görə, bu günə qədər 9 minə yaxın qohum itkin düşmüş şəxslərin Vahid Reyestrindən çıxarışlar alıb. Daxili İşlər Nazirliyi Milli Polis və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edərək, reyestrdən çıxarışların verilməsini davam etdirir, hər bir itkin düşmüş şəxs haqqında məlumatları nəzərə alır.
Yazda itkin düşmüş şəxslər üzrə komissarı Oleq Kotenko bildirib ki, Ukraynada 7 mindən çox adam axtarışdadır, onların 15%-i mülki şəxslərdir.