İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində müəssisədə güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın Benab sənaye şəhərində (əyalətin cənubunda) motosiklet istehsalı müəssisəsində baş verib. Alov sürətlə bitişik sənaye binalarına yayılır, hadisə yerinə yanğınsöndürənlər göndərilib.