Türkiyə PUA-nın hücumu nəticəsində kürd komandir ölüb

16:06 - 5 Oktyabr 2023 - DÜNYA

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Suriyanın Hələb əyalətinin şimal-şərqindəki Ayn əl-Ərəb şəhəri yaxınlığında endirdiyi zərbə zamanı kürd qüvvələrinin komandirlərindən biri öldürülüb.

Ucnoqta.az xəbər verir ki, “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, PUA-nın hücumları nəticəsində kürdlərin Suriya Demokratik Qüvvələrinin (SDQ) sıralarında itkilər 8-dən 10-a yüksəlib.

Türkiyə hərbçiləri Əl-Qahtaniyadakı neft emalı zavodunu vuraraq quru hədəflərinə hücumu davam etdirir. 

Türkiyənin Ankaradakı son terror aktına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyatla əlaqədar Suriyanın şimal-şərqində beynəlxalq humanitar təşkilatlar fəaliyyətini müvəqqəti dayandırıb. 

Xəbər xətti