Tayvanda “Koinu” qasırğası səbəbindən ən azı 224 reys təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın fövqəladə əməliyyatlar üzrə qərargahı məlumat yayıb.
Qeyd edildiyi kimi, onlardan 182-si Tayvan daxilində, digər 42-si isə materik Çin şəhərlərinə və xarici ölkələrədir.
Bundan əlavə, qasırğa Tayvan və yaxınlıqdakı arxipelaqlar arasında bərə xidmətlərinə təsir göstərib. Cümə axşamı səhər saatlarından etibarən 15 istiqamətə 136 bərə reysi ləğv edilib.