Tramp seçki kampaniyası üçün 45,5 milyon dollar toplayıb

09:54 - 5 Oktyabr 2023 - DÜNYA

ABŞ-ın ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürən keçmiş Amerika prezidenti Donald Tramp üçüncü rübdə seçki kampaniyası üçün 45,5 milyon dollar toplayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Məlumata görə, bu məbləğ Trampın rəqibi Florida qubernatoru Ron DeSantisin topladığı məbləğdən üç dəfə çoxdur.

Bloomberg qeyd edib ki, Tramp “çoxsaylı hüquqi problemlərindən” donorları kampaniyaya pul töhfə verməyə təşviq etmək üçün istifadə edib.

Xəbər xətti