Ukrayna qoşunları iki istiqamətdə irəliləyib
Ucnoqta.az xəbər verir ki, bubarədə ISW məlumat yayıb.
Məlumata görə, Ukrayna qüvvələri Klişçievka (Baxmutdan 7 km cənub-qərb) və Andreevka (Baxmutdan 10 km cənub-qərb) arasındakı dəmir yolu xəttinə quru hücumlarını davam etdirib və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu yaşayış məntəqələri yaxınlığında qismən uğurun olduğunu bildirib.
Oktyabrın 4-də dərc edilən geolokasiya görüntüləri isə göstərir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbindəki Novoprokopivkadan (Rabotinoedən 5 km cənub-şərqdə) bir qədər şərq istiqamətində irəliləyiblər, analitiklər qeyd edirlər.