Şimali Koreya nüvə reaktorunu bağladı - nüvə silahı ...

07:42 - 5 Oktyabr 2023 - DÜNYA

Cənubi Koreya və Amerika kəşfiyyatı Şimali Koreyanın "Yonbyon" nüvə mərkəzində 5 MVt gücündə reaktoru bağladığına dair işarələri qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tona İlbo” qəzeti mənbələrə istinadən məlumat yayıb.

ABŞ və Koreya Respublikasının kəşfiyyat məlumatlarına görə, reaktor sentyabrın sonunda fəaliyyətini dayandırıb. Cənubi Koreya hökumətindəki mənbə qəzetə bildirib ki, ABŞ və Cənubi Koreya səlahiyyətliləri bunun silah dərəcəli plutonium istehsal etmək üçün nüvə yanacağının təkrar emalının əlaməti ola biləcəyinə inanırlar.

Təkrar emal prosesi reaktorun bir neçə həftə ərzində bağlanmasını, işlənmiş yanacaq çubuqlarının çıxarılmasını və laboratoriyaya daşınmasını nəzərdə tutur.

“Bu il iki dəfə uğursuzluğa düçar olmuş hərbi peyklə bağlı dəqiq texniki təminatlar olmasa, Şimali Koreyanın tezliklə vəziyyəti dəyişmək cəhdi ilə nüvə sınağı kimi daha ciddi təxribat törətməsi ehtimalını istisna edə bilmərik" - Cənubi Koreya rəsmisi bildirib.

Xəbər xətti