“Koinu” tayfununda küləyin rekord sürəti qeydə alınıb

07:37 - 5 Oktyabr 2023 - DÜNYA

 Tayvanlı meteoroloqlar 95 m/s-ə çatan "Koinu" tayfunda 120 ilin ən yüksək küləyin sürətini qeydə alıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, göstəricilər Lanyu adasındakı meteoroloji stansiyada qeydə alınıb və 95,2 m/s təşkil edib. Agentliyin qeyd etdiyi kimi, bu, 1897-ci ildə müəyyən edilmiş rekordu qırıb. Bundan əlavə, tayfun anemometri zədələyib - küləyin sürətini ölçən cihaz onun montajından qopub.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsi oktyabrın 3-də Koinu qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib. Adanın bir sıra bölgələrində oktyabrın 4-də məktəblərdə dərslər ləğv edilib və ofislərin fəaliyyəti dayandırılıb. Yaxınlaşan fəlakət səbəbindən Tayvanda ən azı 93 reys və 97 bərə reysi ləğv edilib.

Koinu tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib və daha sonra tayfuna çevrilib.

Xəbər xətti