Almaniya Ukraynaya daha bir "İris-T" verəcək

22:30 - 4 Oktyabr 2023 - DÜNYA

Almaniya Ukraynaya daha bir İris-T hava hücumundan müdafiə sistemini, həmçinin Qara dəniz və Dunay limanlarını əhatə etmək üçün Gepard zenit qurğularını təhvil verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Qeyd edilir ki, silahlanma Ukraynanın cənub sahilləri ilə Rumıniyaya gedən yüklərin təhlükəsizliyini təmin edəcək.

Çatdırılma bu ilin sonunda gözlənilir.

Xəbər xətti