Ali Radanın deputatı Aleksandr Merejko amerikalı sahibkar İlon Maskı Ukraynaya səfərə dəvət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
"Mən onunla görüşməyə hazıram və əminəm ki, bir çox həmkarlarım onunla görüşmək istəyəcəklər" - deputat deyib.
O, Maskın Ukraynadakı real vəziyyətdən xəbəri olmadığı fikrini bildirib. Merejkonun sözlərinə görə, əgər sahibkar Ukraynaya səfər etsəydi, o, Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı təhqiramiz tvit “heç vaxt deməz və yazmazdı”. Deputat vurğulayıb ki, Mask dəvətdən yararlansa, istənilən sualı verə biləcək.