ABŞ İrandan ələ keçirdiyi silah və sursatları Ukraynaya təhvil verəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən yazıb. Məlumata görə, ABŞ Yəmənə gedən yolda ələ keçirilən İran silah və sursatlarını Ukraynaya təhvil verəcək.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, sursatlar 2022-ci ilin dekabrında Yəməndə SEPAH-a göndərilən sursatları daşıyan gəmidən müsadirə edilib.